09.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ermənistan parlamentində dava: Paşinyan deputatı döymək istədi - VİDEO

08 may 2025 03:00
HADİSƏ
ads
Advertisement

Ermənistan parlamentinin mayın 7-də keçirilən iclası qalmqalla yadda qalıb. Qutb.az erməni mənbələrinə istinadən xəbər verir ki, qalmaqala səbəb müxalifətdən olan bəzi qadın deputatların Baş nazir Nikol Paşinyanın əsəblərini tarıma çəkməsi olub.

Xüsusilə “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryanın iqtidarı korrupsiyada suçlaması Nikol Paşinyanı özündən çıxarıb.

“Paşinyan hökuməti Ermənistan Respublikasının büdcəsini iki dəfə artırıb və Ermənistana 4,2 milyard dram əlavə gəlir gətirib”, - deyə Baş nazir müxalif deputatın ittihamına cavabında bildirib.

O əlavə edib ki, bu gün müxtəlif korrupsioner məmurların mənimsədiyi qeyri-qanuni əmlakın müsadirəsi nəticəsində dəyəri 5 milyard dollardan çox olan mülk Ermənistan Respublikasına xidmət edir.

Deputat Anna Qriqoryan isə Baş nazirin cavabları ilə qane olmayaraq ittihamlarına davam edib: “Mən hələ də başa düşə bilmirəm ki, hər gün mediada yeni korrupsiya faktları ortaya çıxanda insan nə ilə fəxr edə bilər?”

O, Paşinyanı siyasi iradəsizlikdə də suçlayıb.

“Unutmayın ki, təkcə sizin hakimiyyətin dövründə 7 milyard borcumuz yığılıb! Eyni yolu ildə 5 dəfə təmir edirsiz, başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir”.

Paşinyan isə belə cavab verib: “Siz sadəcə olaraq yalan danışırsınız! Oturun, susun, əsəblərimə toxunmayın...”

Anna Qriqoryanın yenidən çıxışa cəhd etməsi Paşinyanı bir az da qəzəbləndirib.

“Mən sizə dedim ki, oturun və əsəblərimi pozmayın!”, – Paşinyan qəzəblə deyib.

Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Ermənistan parlamentinin sədri canlı yayımın söndürülməsinə göstəriş verib. Paşinyan tribunadan düşəndən sonra da vəziyyət sakitləşməyib və o, hətta müxalif deputatın üzərinə yeriyərək onu hədələyib. Araya girən digər deputatlar baş naziri sakitləşdirməyə çalışıblar.
 



A.Qorxmaz

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur