06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı

08 mar 2024 12:00
HADİSƏ
ads

Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Səxavətli Teymur və Seydanov Şəhadət müəyyən edilərək saxlanılıblar.

Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur