07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Azərbaycanda yaxşı futbolçular var - Baş məşqçi

07 iyn 2025 01:00
İDMAN
ads
Advertisement

Qazaxıstanla oyun çətin oldu.

 

Qutb.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilən yoxlama görüşündən (2:0) sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

 

O, Qəbələdə bir neçə gündür yağışın yağmasının da matça müəyyən təsirinin olduğunu bildirib: "İspaniyanın “Marcet” komandasından dəvət edilən 9 futbolçumuz dünən gecə kollektivə qoşulub. Komanda şəklində məşq edə bilməməyimiz bir qədər sıxıntı yaratdı. Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var. İstər UEFA İnkişaf Turnirində, istərsə də, son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır. Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsa da, komandamıza inanırıq”.

 

Qeyd edək ki, U-17 millimiz növbəti yoxlama oyununu iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur