05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Həyat yoldaşını öpən idmançı cəzalandırıldı

09 iyl 2024 11:00
İDMAN
ads
Advertisement

Nüfuzlu "Tour de France" velosiped yarışında qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, iştirakçılardan biri olan Julien Bernard 200 İsveçrə frankı (380 manat) məbləğində cərimələnib. Buna səbəb idmançının yarış zamanı ailə üzvlərini öpməsi olub.

"Lidl-Trek" komandasının velosipedçisi yarış zamanı yolun kənarında dayanan ailə üzvləri ilə görüşmək üçün dayanıb. Həyat yoldaşı və uşağını öpdükdən sonra 31 yaşlı velosipedçi yarışa davam edib.

Müsabiqə başa çatdıqdan sonra münsiflər bu məqamla bağlı hərəkətə keçib. Onun hərəkəti insident kimi təqdim olunub. Nəticədə fransız idmançı cəzalandırılıb. Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Bernardın 200 İsveçrə frankı məbləğində cərimələnməsinə qərar verib. Onun yarış zamanı qeyri-münasib davranışa və idmanın imicinə xələl gətirməsinə aid olan müddəalarını pozduğu bildirilib.

UCI tərəfindən verilən cəza Bernard üçün yeganə pis xəbər deyil. Fransız velosipedçi marşrutda dayandığı üçün xeyli vaxt itirib. Nəticədə o, həmin mərhələ yarışında yalnız 61-ci yeri tutub.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur