19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Mahir Emreli "Nürnberq"in son oyununda het-trik etdi - VİDEO

19 may 2025 04:00
İDMAN
ads

Bazar günü Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" klubu Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü turun oyununa çıxıb.

Qutb.az xəbər verir ki, "Nürnberq" səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşıb.

Mahir də bu matça start heyətində çıxıb

Həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bu matç onun "Nürnberq"də son oyunu olub. 

M.Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb. Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Qeyd edək ki, M.Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

Bəzi məlumatlara görə, Mahir Emreli Almaniya Bundesliqasında çıxış edən "Sankt Pauli" klubu ilə danışıq aparıb və yeni mövsümdən bu komanda oynayacaq.
 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur