06.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Avropa Mərkəzi Bankı faiz dərəcələrini endirdi

05 iyn 2025 17:00
İQTİSADİYYAT
ads

Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrini azaldıb.

Qutb.az xəbər verir ki, yeni qərara əsasən, bank depozit faizi 2,25 faizdən 2 faizə, əsas yenidən maliyyələşdirmə dərəcəsi 2,40 faizdən 2,15 faizə, marjinal maliyyələşdirmə dərəcəsi isə 2,65 faizdən 2,40 faizə endirilib.

Bu AMB-nin son dövrlərdə inflyasiya və iqtisadi artım balansını qorumaq üçün atdığı növbəti addımdır. Məlumatda bildirilir ki, əksər inflyasiya göstəriciləri 2 faizlik hədəf səviyyəsinə yaxınlaşmanı təsdiqləyir.

Bank rəsmiləri e qeyd edib ki, növbəti faiz qərarları iqtisadi göstəricilər əsasında, iclasdan iclasa formatında veriləcək.

Faizlərin endirilməsi ilk növbədə kreditlərin ucuzlaşmasına gətirib çıxarır. Bu həm sahibkarlar, həm də vətəndaşlar üçün borc almağı daha əlçatan edir. Nəticədə investisiyalar və istehlak artır, bu isə iqtisadi artımın sürətlənməsinə təkan verir. Xüsusilə, iqtisadi aktivliyin zəiflədiyi dövrlərdə bu cür yumşaldıcı monetar siyasət əhəmiyyətli rol oynayır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur