22.12.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Dəmir Yolları maliyyə vəziyyətini açıqladı

22 dek 2025 17:00
İQTİSADİYYAT
ads
Advertisement

Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.

Qutb.az-a bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.

Ötən il ADY 446,246 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,65 % çoxdur.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur