Argentina prezidenti Zelenskinin tədbirindən imtina etdi
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Qutb.az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanın başçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gəlib.
Polşanın Krakov şəhərində keçirilən görüş Donetsk klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalib gəlmişdi. Bununla da ukraynalılar növbəti mərhələyə vəsiqə qazanıblar. "Beşiktaş" isə yoluna Konfrans Liqasında davam edəcək.