Avro və rubl ucuzlaşaraq görün neçəyə oldu
Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasında (CHP) daxili gərginliklər və məhkəmə prosesi fonunda sabiq lider Kemal Kılıçdaroğlunun yenidən partiyanın başına keçəcəyi iddiaları gündəmdədir.
Qutb.az xəbər verir ki, 2023-cü ilin noyabrında keçirilən qurultayda Özgür Özel Kılıçdaroğlunu məğlub edərək sədr seçilib.
Lakin həmin qurultayın ləğvi ilə bağlı açılan məhkəmə prosesində qərar çıxarsa, bu, Kılıçdaroğlunun hüquqi olaraq yenidən sədr olmasına yol aça bilər.
Partiya rəhbərliyi bu ssenarini real saymasa da, “hər ehtimala qarşı hazırlıqlı olduqlarını” bildirir. Türkiyə mətbuatında yayılan məlumatlara görə, partiyada həm birləşmə çağırışları, həm də “yedək partiya” planları müzakirə olunur.
Kılıçdaroğlunun tərəfdarları onun geri dönərək partiyanı təmizləmə və yeni qurultaya aparma niyyətində olduğunu bildirir.
Özgür Özel bu proseslərin partiyanı zəiflətmək məqsədi daşıdığını düşünür və “Atatürkün partiyasına seçkisiz rəhbərlik gətirilməsinə iki milyon üzv imkan verməz” mesajını verib.
Məhkəmə qərarının necə olacağı partiyanın gələcəyinə yön verə bilər. Partiyadakı bəzi millət vəkilləri isə həm Kılıçdaroğlu, həm də Özel tərəfdarlarını uzlaşdırmaya çağırır və əks halda CHP-nin parçalanma riski ilə üz-üzə qalacağını bildirir.