Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
Qutb.az xəbər verir ki, günün əsas oyunu E qrupu çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında təşkil olunub.
Türkiyə millisi “Kocaeli” stadionunda baş tutan görüşdə rəqibini darmadağın edib - 4:1.
Türklərin qollarını Kənan Yıldız (14), Merih Dəmiral (22, 52) və Yunus Akgün (35) vurub. Gürcülərdən isə Giorgi Koçoraşvili (65) fərqlənib.
DÇ-2026
Seçmə mərhələ
14 oktyabr
E qrupu
22:45. İspaniya - Bolqarıstan 4:0
22:45. Türkiyə - Gürcüstan 4:1
Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0
F qrupu
22:45. Portuqaliya - Macarıstan 2:2
22:45. İrlandiya - Ermənistan 1:0
Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.
I qrupu
20:00. Estoniya - Moldova 1:1
22:45. İtaliya - İsrail 3:0
Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 1.
K qrupu
22:45. Latviya - İngiltərə 0:5
22:45. Andorra - Serbiya 1:3
Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1.