Onlar ixtisaslarını çox sevirlər
Böyük Britaniya hökuməti Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,5 milyard funt sterlinqin Ukraynada humanitar məqsədlər üçün köçürülməsi ilə bağlı rəsmi təlimat verəcək.
Qutb.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer İcmalar Palatasında çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, bu, Abramoviç üçün “son şansdır”.
Onun sözlərinə görə, rusiyalı milyarder öhdəliyini yerinə yetirməzsə, hökumət məhkəməyə müraciət etməyə hazırdır. Kir Starmer bildirib ki, vaxt tükənir və Abramoviç verdiyi sözü yerinə yetirərək vəsaiti dərhal köçürməlidir. Əks halda, Britaniya hökuməti məhkəmə yolu ilə bu pulların Ukraynada qanunsuz müharibə nəticəsində həyatı dağılan insanlara çatdırılmasına nail olacaq.
Xatırladaq ki, Roman Abramoviç 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniya hökumətinin təzyiqi ilə “Çelsi” futbol klubunu satıb. O, klubu satmaq üçün Britaniya hökumətindən xüsusi lisenziya alıb və həmin lisenziyanın şərtlərinə əsasən, satışdan əldə olunan vəsait Ukraynada müharibə qurbanlarının dəstəklənməsinə yönəldilməli idi.
Klubun satışından əldə olunan vəsait hazırda Böyük Britaniyada, Abramoviçə məxsus "Fordstam" şirkətinin nəzarətində olan bank hesabında saxlanılır. Britaniya hökuməti daha əvvəl də bəyan edib ki, zərurət yaranarsa, “Çelsi”nin satışından əldə edilən və təxminən 3,2 milyard dollar dəyərində qiymətləndirilən vəsaitin Ukrayna üçün humanitar məqsədlərə yönəldilməsi məqsədilə Abramoviçə qarşı məhkəmə iddiası qaldırıla bilər.
Qeyd edək ki, bu ilin mart ayında Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri Devid Lemmi də “Çelsi”nin satışından əldə olunan vəsaitin blokdan çıxarılması üçün addımlar atılacağına söz vermişdi.