Ukrayna ordusu iyunun 1-də “Hörümçək toru” xüsusi əməliyyatı zamanı Rusiyanın 41 təyyarəsini məhv edib.
Qutb.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyatla bağlı yekun məlumatında deyilir.
“Müxtəlif mənbələrdən daxil olan əlavə məlumatların işlənilməsi və müəyyən zaman aparan dəqiqləşdirilmədən sonra bildiririk ki, işğalçıların ümumi itkiləri 41 hərbi təyyarə, o cümlədən strateji bombardmançı və digər növ döyüş təyyarələri təşkil edir”, - açıqlamada bildirilir.