18.12.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycanda qum və gil yataqları hərraca çıxarılacaq

18 dek 2025 16:00
İQTİSADİYYAT
ads
Advertisement

Yanvarın 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

APA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda Göyçay rayonu "Göyçay" (3 ha), Ağsu rayonu "Ağsuçay" (6 ha), İmişli rayonu "Bəhrəmtəpə II" (10.9 ha) qum-çınqıl, Ağdam rayonu "Şelli" (3 ha) və "Burundağ" (2 ha) mərmərləşmiş əhəngdaşı və Sumqayıt şəhərində "Sumqayıt" (2.57 ha) gil yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri 22 yanvar 2026-ci il saat 18:00-a qədər "Bakı KOB evi"nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Elan ilə Hərracların Təşkili Mərkəzinin rəsmi saytına (auksion.gov.az) daxil olub tanış olmaq olar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur