Qaynaq aparatı partladı, ayağını kəsdilər
İtaliyada faşist diktator Benito Mussolininin yay tətilini keçirtdiyi villa satılır.
Qutb.az xəbər verir ki, Adriatik dəniz sahilində, Emiliya-Romanya regionunun Rikçione kurortunda yerləşən villa hərracda satışa çıxarılıb. Rikçione Bələdiyyəsinin villanın alınması üçün təklif təqdim etməkdə maraqlı olduğu bildirilib.
Potensial alıcı əmlakın adını dəyişə bilməz və “Villa Mussolini” kimi saxlamalıdır.
Benito Mussolini 1934-cü ildən 1943-cü ilədək bu villanı ailə üzvləri ilə birlikdə yay iqamətgahı kimi istifadə edib. Villa 1893-cü ildə inşa olunub. “Villa Mussolini” bərpadan sonra 2005-ci ilin iyulunda yenidən açılıb, sərgilər və tədbirlər məkanı kimi istifadə olunub.