Bayram günlərində hava necə olacaq?
Xəbər verdiyimiz kimi, Bakıda 55 yaşlı kişinin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.
Bakı Sağlamlıq Mərkəzinin həkim-qastroenteroloqu Dr. Rüfət Bağırov Qutb.az-a açıqlamasında bildirib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzimizə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı var idi.
"3 saylı Şəhər Klinik Xəstəxanasından müraciət olunub, lakin digər tibb müəssisələri tərəfindən qəbul edilməyib. Klinikamıza əlaqə yaradıldıqdan dərhal sonra komandamız vəziyyətə operativ reaksiya göstərib, pasiyent təxirəsalınmadan qəbul edilib.
Peşəkar tibbi heyətimizin çevik və koordinasiyalı fəaliyyəti nəticəsində əməliyyat uğurla həyata keçirilib. Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.
Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir", - həkim qeyd edib.