Ərdoğan: "Bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq"
AUİB Uşaq Sığınacağının sakinləri üçün çörək zavoduna infotur təşkil edilib
"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri üçün Nömrə 1 Çörək Zavodunun təşkilatçılığı ilə infotur keçirilib.
QÜTB.AZ xəbər verir ki, infotur zamanı Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar Nömrə 1 Çörək Zavodundakı istehsalat prosesi ilə yaxından tanış olaraq məlumatlar alıb.
Tədbirin yekununda Zavod tərəfindən uşaqlara "Çörəyə ilk toxunan siz olun" adlı hədiyyələr təqdim edilib.