14.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

BMU məzunu təhsilini Vorvik Universitetində davam etdirəcək 

14 avq 2025 18:00
GÜNDƏM
ads
Advertisement

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisasının 2025-ci il üzrə məzunu Nihad Məmmədov tam dövlət təqaüdü ilə dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanıb.

Universitetdən Qutb.az-a bildirilib ki, o, həm “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həm də Macarıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

BMU məzunu 7 universitetdən - Böyük Britaniyanın Varvik, Bristol, Qlaszqo, Şeffield universitetlərindən, London Kraliça Meri Universiteti, Litva Respublikasının Kaunas Texnologiya Universiteti və Macarıstanın Eotvos Lorand Universitetindən (ELTE) qəbul alıb.

Nihadın son seçimi Vorvik Universiteti olub və o, magistratura səviyyəsində təhsilini “Data Analytics” ixtisasında davam etdirəcək.

Qeyd edək ki, Nihad Məmmədov BMU-nu yüksək göstərici ilə (ortalama 90 bal) bitirib, IELTS imtahanında 8 bal toplayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur