03.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

03 iyl 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Rusiyanın Sankt-Peterburq şəhərində rus və azərbaycanlı yeniyetmələr arasında dava düşüb.

 

Qutb.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Münaqişə nəticəsində davanın təhrikçisi kimi təqdim olunan 13 yaşlı oğlanın və onun 15 yaşlı “şərikinin” ailələri Rusiyadan qovulub.

 

Məlumatda qeyd edilir ki, iyunun 30-da 16 yaşlı yeniyetmə 13 yaşlı Azərbaycan vətəndaşı ilə sosial şəbəkədə mübahisəli yazışması səbəbindən döyülərək xəstəxanaya yerləşdirilib.

 

Belə iddia olunur ki, azərbaycanlı yeniyetmə görüşə tək gəlməyib və dava gəncin xəstəxanaya yerləşdirilməsi ilə yekunlaşıb.

 

Mübahisədə iştirak edən digər 15 yaşlı Azərbaycan vətəndaşı da ailəsi ilə birlikdə deportasiya edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur