05.05.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Şagirdləri daşıyan avtobus qaçırıldı

04 yan 2024 14:00
GÜNDƏM
ads

İstanbulda içərisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Kadıköydə baş verib.

Şagirdləri məktəbə aparan avtobus işıqforda dayanarkən bir nəfər sürücüyə arxa təkərinin partladığını bildirib. O, təkəri yoxlamaq üçün avtomobildən düşən zaman naməlum şəxs sükana əyləşərək avtomobili qaçırıb.

Sürücü avtomobilin arxasınca qaçsa da, çata bilməyib.

Məlumata görə, avtobusu qaçıran şəxs şagirdləri endirib və avtomobillə qaçmağa davam edib.

Şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı bağlı araşdırmalara başlanılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur