06.05.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Papadan xristian liderlərə MÜHARİBƏ ÇAĞIRIŞI

03 fev 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı xristian liderlərini müharibələrə son qoymağa çağırıb.

QÜTB.AZ xəbər verir ki, Papa Fransisk Vatikanda qeyd olunan Müqəddəs Yubiley İlində münaqişə zonalarında sülhə nail olunması istəyini ifadə edib.

“Hər şeyi, həyatı məhv edən müharibəyə yox deyək. Həyata hörmətsizlik hər kəs üçün məğlubiyyətdir. Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Mən bu yubiley ilində, xüsusən də xristian inancının liderlərinə müraciətimi yeniləyirəm ki, onlar bütün davam edən münaqişələrə son qoymaq üçün sülh danışıqlarına maksimum səy göstərsinlər. Gəlin, Ukraynada, Fələstində, İsraildə, Livanda, Myanmarda, Sudanda, Şimali Kivuda sülh üçün dua edək”, - deyə, pontifik vurğulayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur