20.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

"Dəvə qutabı" satan obyektlərdə reyd keçirildi

20 dek 2025 06:01
GÜNDƏM
ads
Advertisement

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.

 

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəvə qutabı" adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da "Qida təhlükəsizliyi haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulduğu müəyyən edilib.

 

Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.

 

Qeyd edilib ki, reyd zamanı "Rest Time", "Diana", "Santo Mare", "Sun Set", "Duyğu", "Yaxta", "Gəmi" restoranlarının menyularında "dəvə qutabı" qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.

 

Nəzarət tədbirləri davam etdirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur